Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


01.12.2021  14:26 

Yoluxmalar artacaq, quru öskürək, qızdırma və... - Həkim





A+  A-

Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay koronavirusun “omikron” ştamı ilə yoluxma zamanı yaranan əsas simptomları sadalayıb.

XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Ekspert vurğulayıb ki, hazırda yoluxanlarda xəstəlik əsasən yüngül formada gedir, lakin uzunmüddətli nəticələr çıxarmaq üçün hələ tezdir:

“Qrip əlamətləri, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Bu simptomlar COVID-19-un digər dalğalarındakı xəstəliyin əlamətlərinə bənzəyir”.

Qeyd edək ki, bundan əvvəl Keyptaun Xəstəxanasının Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Mark Mendelso koronavirusun “omikron” ştamı ilə mübarizə aparmağın yolunu açıqlamışdı. Onun sözlərinə görə, peyvənd xəstəlikdən effektiv şəkildə qoruyacaq. Mütəxəssis istisna etməyib ki, ştam immun sistemindən yayına bilər və bu, təkrar yoluxmaların sayını artıracaq.

Xəbər 3084 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +