Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


15.07.2021  13:58 

Qazini vurub qaçan sürücü saxlanıldı - Rəsmi





A+  A-

Bakıda 4 gün öncə qazini vuraraq hadisə yerindən qaçan yük maşını sürücüsü saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 11-i saat 23:00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib:

“Elvin Tağıyev idarə etdiyi “Opel Astra” markalı avtomobili nasaz vəziyyətdə olduğu üçün saxlayaraq yerə düşüb. Bu zaman markasını və dövlət nişanını görmədiyi avtomobil tərəfindən vurulub. Nəticədə, Elvin Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal faktla bağlı Suraxanı rayonu polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb. Müəyyən edilib ki, Şabran rayon sakini Aslanov Asəf idarə etdiyi “Kamaz” markalı avtomobillə Elvin Tağıyevi vurub.

İyulun 14-də o, şübhəli şəxs qismində tutulub. Hazırda Suraxanı Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 263.1-1, 264-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam edir”.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elvin Tağızadə İkinci Qarabağ müharibəsi qazisidir və “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.



Xəbər 3794 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +