Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


03.04.2019  09:54 

Narkotacirin biri Astarada, digəri Bakıda saxlanıldı





A+  A-

Astara Polisi tərəfindən 1 kiloqram 650 qram narkotik vasitə olan heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən Pensər kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi də aşkar olunaraq götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A. Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə, ümumilikdə 420 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K. Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.



Xəbər 3009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +