Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


28.05.2018  10:26 

Ukraynada AXC-nin 100 illiyi ilə bağlı möhtəşəm tədbir keçirildi - Fotolar





A+  A-

Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı möhtəşəm tədbir keçirilib. Azadinform xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Dnepr təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə yüzlərlə azərbaycanlı və ukraynalı iştirak edib.
XəzərNews.az xəbər verir ki, tədbir antikvar avtomobillərin “avtoprobeq” adlanan yürüşü ilə başlayıb. Azərbaycan bayrağı ilə bəzədilən onlarla antikivar maşınlar yürüşə şəhərin mərkəzində yerləşən Azərbaycan icmasına məxsus İdman-Tədris Mərkəzindən başlayaraq Dnepr çayının sahili boyunca davam ediblər.

Şəhər sakinlərinin diqqətini çəkmək üçün təşkil olunan yürüşdə maraqlı anlar yaşanıb.

Sonra yürüş iştirakçıları tədbirin keçirildiyi məkana daxil olublar.

Bütövlükdə bədii hissədən ibarət olan tədbirdə qonaqlara Azərbaycan musiqisi, rəqsi və mətbəxi təqdim olunub.

Tədbirdə Kiyevdən qonaq qismində UABD sədri Hikmət Cavadov, sədr müavini Murad Cəfərov, təşkilatçılar kimi Dnepr icmasının liderlərindən

Sərxoş İsmaylov, Firuz İbrahimov, Hafiz Aslanov, Eldar Tağıyev və diasporun ətraf şəhərlərdə fəaliyyət göstərən digər fəalları iştirak ediblər.












Xəbər 3217 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +