Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


03.06.2017  11:23 

Peşə təhsili 7-ci sinifdən başlayacaq





A+  A-

Azərbaycanda peşəyönümü işinin aparılmasına orta məktəblərin daha aşağı siniflərindən (azı 7-ci sinifdən) başlanılacaq.
XəzərNews.az-ın məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb
Plana əsasən, 2017-2018-ci illərdə gənclərin peşə seçiminə kömək məqsədi ilə ümumi təhsil müəssisələrində peşəyönümü işinin təkmilləşdirilməsi, peşəyönümü işinin aparılmasına orta məktəblərin daha aşağı siniflərindən (azı 7-ci sinifdən) başlanmasının dəstəklənməsi, bu sahədə potensialın gücləndirilməsi, peşəyönümü üzrə (peşələr haqqında) məlumatların çeşidinin artırılması, bu məlumatların çatdırılma vasitələrinin inkişaf etdirilməsi, innovativ üsulların tətbiqi nəzərdə tutulur.

Qeyd olunan məsələnin icrası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.


Xəbər 3320 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +