Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


24.04.2017  13:24 

Sərhəddə insident - 2 nəfər tutuldu, 1-i özünü bıçaqladı





A+  A-

Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alıblar.
XəzərNews.az qurumun saytına istinadən xəbər verir ki, aprelin 20-də saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunun ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu səhədçilərin çevikliyi nəticəsində saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı külli miqdarda narkotik maddə olan 1 kq 250 qram heroin və 950 qram marixuana aşkar olunaraq götürülüb.

Təqib zamanı sərhədçilərə qarşı müqavimət göstərən Cəfərov Ramin İslam oğlu özünə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı ilkin tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb. Hazırda saxlanılan şəxsin sağlamlığına heç bir təhlükə yoxdur.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 2547 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +