Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


31.03.2017  19:53 

Vergilər Nazirliyi 20 gün vaxt verdi





A+  A-

Vergilər Nazirliyi I rüb üçün ödənilməli olan vergilər üzrə son tarixləri açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə nazirliyin vergi ödəyicilərinə etdiyi xəbərdarlıqda deyilir.
Məlumatda deyilir ki, 2017-ci ilin mart ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu ƏDV bəyannaməsini, aksiz bəyannaməsini, yol vergisi bəyannaməsini, mədən vergisi bəyannaməsini, pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bəyannaməsini aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməldirlər.
Hesabat rübündə vergi ödəyiciləri tədiyəçisi olduğu sadələşdirilmiş verginin bəyannaməsini, ödəmə mənbəyində tutulan vergi bəyannaməsini bu il aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
Hesabat dövründə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər) cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış vergini isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini isə cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidir.
Nazirliyin xatırlatmasında deyilir ki, dövlət rüsumu haqqında hesabat aprelin 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).
Nazirlik gəlir və mənfəət vergisi ödəyicilərinə də xəbərdarlıq edib. Həmin vergi ödəyiciləri I rüb üzrə hesablanmış cari ödəmələri aprelin 17-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Xəbər 3367 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +