Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Türkiyədən gələn bu məhsulda uyğunsuzluq aşkarlandı
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


07.10.2025  08:47 

“Faiz gəliri” adı ilə vəsait çıxılır – Banklar kələk gəlir?





A+  A-

Normal şəraitdə “faiz gəliri” müştərinin hesabına əlavə olunan məbləği — yəni depozit, əmanət və ya müəyyən müddət ərzində hesab qalığına görə hesablanan gəliri ifadə edir. Yəni bu termin iqtisadi məna etibarilə müsbət məbləği, gəliri göstərməlidir.

XəzərNews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bəzi vətəndaşların bank çıxarışlarında “faiz gəliri” başlığı altında vəsait çıxılması ilə bağlı şikayətlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, bu hal bank sistemində texniki kodlaşdırma problemi və ya əməliyyatların yanlış təsnifləndirilməsi ilə bağlı ola bilər:

“Müştərinin çıxarışında ‘faiz gəliri’ başlığı altında vəsait çıxılıbsa, bu, ya sistemdə texniki kodlaşdırma problemi, ya da əməliyyatların yanlış təsnifləndirilməsi ilə əlaqədardır. Bəzi hallarda bank sistemlərində faiz gəliri ilə bağlı hesablaşmalar — xüsusən vergi və ya komissiya tutulması zamanı — texniki olaraq bu cür qeyd edilə bilər. Amma bu, düzgün təcrübə deyil və müştərinin çaşqınlığına səbəb olur.

Əgər çıxılan məbləğin qarşılığında vergi, xidmət haqqı və ya digər əməliyyatın izahı verilməyibsə, bu, sistem səhvi və ya şəffaflıq pozuntusu kimi qiymətləndirilməlidir və müştəri tərəfindən araşdırılmalıdır.

Bank sektorunda ən vacib amil etibardır. Müştəri hesabındakı hər əməliyyatı aydın şəkildə görə bilməlidir. Qeyri-şəffaf və anlaşılmaz başlıqlar — məsələn, ‘faiz gəliri’ kimi ifadələrlə vəsait çıxılması halları — bankın daxili nəzarət mexanizminə şübhə yaradır. Belə hallar artarsa, müştərilərin inamı azalır, insanlar vəsaitlərini bankda saxlamaqdan çəkinə bilərlər”.

İqtisadçı əlavə edib ki, belə hallarda vətəndaş ilk növbədə rəsmi qaydada banka yazılı müraciət etməlidir:

“Əgər müştəri çıxarışında məbləğin çıxıldığını görür, lakin səbəbini anlamırsa, bankdan yazılı izahat tələb etməlidir. Bank bu müraciətə 10 iş günü ərzində cavab verməyə borcludur. Əgər cavab qaneedici deyilsə, vətəndaş Mərkəzi Banka müraciət edə bilər. AMB bu cür hallarda nəzarət mexanizmini işə salmalıdır.

Əlavə olaraq qeyd edim ki, bu kimi hallar sistemli xarakter alarsa, bankların hesabatlılıq və şəffaflıq standartları üzrə yenilənmiş qaydalar tətbiq edilməlidir. Mərkəzi Bank həm bank sistemlərini, həm də müştəri məlumatlarının təqdimat formatını mütəmadi audit etməlidir”.

Xəbər 1814 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +