Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


27.05.2025  15:24 

Fidan Rusiyadan sonra Ukraynaya gedəcək





A+  A-

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyada apardığı danışıqlardan sonra həftənin sonunda Ukraynaya səfər edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə mayın 27-də Reuters agentliyi məlumat yayıb.

Fidan Moskvada iki günlük səfərdədir. Bir gün əvvəl, mayın 26-da o, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, habelə Rusiya Federasiyasının İstanbuldakı baş müzakirəçisi - onun köməkçisi Vladimir Medinski ilə görüşüb.

Fidanın mayın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü gözlənilir.

Türkiyəli mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, görüş zamanı Putin və Fidan “Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüsləri, İstanbul danışıqlarından sonra baş verənləri” müzakirə ediblər.

Görüşdən əvvəl agentliyin həmsöhbəti bildirib ki, Türkiyə XİN rəhbəri Ankaranın Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərini yenidən qəbul etmək və “vasitəçi” rolunu davam etdirmək təklifini təkrarlayacaq.

Fidanın Kiyevdə Ukrayna rəsmiləri ilə görüşü və mayın 16-da İstanbulda danışıqların nəticələrini müzakirə edəcəyi gözlənilir.

Xəbər 2647 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +