Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


21.12.2023  17:01 

Jurnalist ev dustaqlığına buraxılmadı





A+  A-

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Xəzərnews.az xəbər verir ki, prosesdə iş materiallarındakı sənədlər tədqiq edilib.

Daha sonra Cəmil Məmmədlinin vəkili Fariz Namazlı jurnalistin ev dustaqlığına buraxılması barədə vəsatət təqdim edib.

Dövlət ittihamçısı vəsatətin əleyhinə çıxış edib. İş üzrə zərərçəkən qismində tanına Fuad Həbibov və onun vəkili Cavad Cavadov da vəsatətin qəbul olunmamasını istəyib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən qayıdan hakim vəsatətin təmin olunmaması barədə qərar verib.

Xəbər 2737 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +