Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


03.02.2023  12:39 

Universitetinin​ dekanı rüşvət almasına görə saxlanılıb





A+  A-

İki gün öncə Dövlət Aqrar Universitetinin​ dekanı, professor Famil Nəsibov saxlanılmışdı.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, F.Nəsibov barəsində cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan dekanın qanunsuz əməlləri ifşa edilib.

F.Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə cinayət işi başlanıb, Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib. Vəzifədən kənarlaşdırılıb və barəsində ev dustaqlığı seçilib.

Xəbər 2498 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +