Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


25.01.2023  14:25 

Zaur Mirzəzadə barəsində qərardan verilən şikayətə baxılıb





A+  A-

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri​ Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsindəki qərar ləğv edilib.

Zaur Mirzəzadənin vəkili Kamran Musayev bildirib ki, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Baxış iclası yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Zaur Mirzəzadə həm də "bakutime.az", "xalq.az" saytının rəhbəri idi.

Xəbər 2684 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +