Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


04.12.2021  12:38 

Sabahın hava proqnozu: KÜLƏKLİ





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 5-6-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər 3186 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +