Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


30.11.2021  23:37 

Daha bir tanınmış jurnalist APA-dan getdi





A+  A-

Tanınmış jurnalist Qalib İbrahimoğlu bir neçə ildir çalışdığı APA İnformasiya Agentliyindən ayrılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Q.İbrahimoğlu özünün feysbuk səhifəsində verib: “Bu gün APA-da sonuncu iş günüm oldu”.

Xatırladaq ki, Q.İbrahimoğlu 1994-cü ildən mətbuatdadır.

Yevlaxda çıxan "Nicat" qəzetində müxbir vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.

1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1998-ci ilin sentyabrından 1999-cu ilin fevral ayına qədər "Azadlıq" qəzetində məsul katib olub.

1999-cu ildə "Kaspi" qəzetinin baş redaktoru olub.

1999-cu ildən "Ekspress" qəzetində, 2019-cu ildən isə APA-da redaktor vəzfələrində çalışıb.



Xəbər 3273 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +