Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


14.11.2017  09:57 

Əli İnsanovun işi təxirə salındı





A+  A-

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakimi Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesə Ə.İnsanov gətirilməyib.

Dövlət ittihamçısı isə cinayət işi materialları ilə tanış olmadığı üçün vaxt istəyib. Hakim onun vəsatətini təmin edib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

Ə.İnsanov qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər 3150 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +