Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


28.01.2025  13:04 

“Vətən”​ stadionu SÖKÜLÜR





A+  A-

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vətən”​ stadionu sökülür.

XəzərNews.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Sakinlərin sözlərinə görə, stadionda söküntü işləri gecə saatlarında aparılıb. Bu da onlar arasında ciddi narahatlıq yaradıb.

Həmçinin onlar stadion ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyindən narazılıqlarını dilə gətiriblər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Baku.ws-ə bildirilib ki, Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

Ətraflı videomaterialda:



Xəbər 4584 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +