Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var


14.12.2019  10:05 

Bu il dünyada 75 jurnalist öldürülüb





A+  A-

2019-cu ilin əvvəlindən 26 ölkədə 75 KİV əməkdaşı öldürülüb.
XəzərNews.az-ın “TASS”a istinadən məlumatına görə, bu barədə “Press Emblem Campaign” qeyri-hökümət təşkilatının illik məruzəsində deyilir.

Bildirilir ki, “ilin əvvəlindən 26 dövlətdə 75 jurnalist öldürülüb”. Bu, ötən illə müqayisədə azdır (2018-ci ildə 113 insan həyatını itirmişdi). Təşkilat qeyd edir ki, mətbuat nümayəndələri arasında qurbanların azalması ümidvericidir. Qeyri-hökümət təşkilatı xatırladır ki, 2019-cu ildə bir çox jurnalistlər yaralanmış, nəzarət altına alınmış, hücum və təhdidlərə məruz qalmışdı.

Qurbanların sayına görə ilk üç yeri Meksika (13 ölü), Əfqanıstan (8 ölü) və Pakistan (8 ölü) tutub. Daha sonra Suriya (6), Honduras (5) və Filippin (4) gəlir. Jurnalist ölümü qeydə alınan ölkələr arasında Ukrayna, Böyük Britaniya, Hindistan, Braziliya, Haiti, İndoneziya və digərləri var.

Təşkilatın məlumatına görə, ötən on il ərzində 1174 KİV əməkdaşı öldürülüb.

Qeyd edək ki, 2004-cü ildə yaradılan “Press Emblem Campaign” BMT yanında konsultativ statusa malikdir.

Xəbər 1474 dəfə oxunub.




02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +