Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi
Bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bakıda evdən ər-arvadın meyiti tapıldı
İcma bəyanat YAYDI
“Turan Tovuz“ 20 min manat cərimələndi
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırıldı
Tramp Makronu qarşılamağa ÇIXMADI -VIDEO
XİN-dən Fransa səfirinə CAVAB
Dilan Çıtak ilə Levent Dörter boşanır?
Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı


25.02.2025  11:26 

“AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi





A+  A-

Bir neçə gün bundan öncə Tribunainfo.az saytı “Aztelekom” MMC ilə apardığı araşdırma barədə geniş məlumat vermişdi. Həmin məlumatlarda qeyd olunurdu ki, 2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.

Araşdırma zamanı o da bəlli olmuşdu ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Orada söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedirdi.

Dünən isə məlum olub ki, “AzTeleKom” MMC-nin keçirdiyi tenderlərlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub. Belə ki, Tural Pirverdiyevin rəhbərlik etdiyi qurum “Əlavə mütəxəssislərin işə cəlb olunması” layihəsini həyata keçirmək istəyini reallaşdıra bilməyib. 21 milyon 770 min 655 manat olan bu müsabiqənin ləğvinin səbəbi iştirakçı sayının az olması göstərilib. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti MMC-nin müsabiqə zamanı “Dövlət satınalmalar haqqında” qanunun bəzi maddələrini pozduğunu aşkarlayıb.

Lakin ayrı-ayrı mənbələrdən gələn xəbərlərdə məsələnin təkcə bununla bağlı olmadığı da deyilir. İddia olunur ki, qurumun rəhbəri Tural Pirverdiyevin bəzi tender işlərinə qismən qadağalar tətbiq olunub. Bu qadağaların konkret olaraq hansı qüsura görə, tətbiq edildiyi isə hələlik məlum deyil.

Bundan başqa, Tural Pirverdiyev həmçinin paralel olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansında olan “Azintelecom”un əsas əshmdarı olduğu “Azercell”in də idarəçiliyini həyatra keçirir. Məhz bu səbəbdən də onun “AzTeleKom”a az vaxt ayırdığı, əsasən “Azercell”də olduğu bildirilir. Bu səbəbdən də sözügedən dövlət qurumunda bəzən anlaşılmaz, bəzən isə məqsədyönlü problemlər meydana çıxır. Hətta iddialar var ki, MMC daxilində rəhbərlik uğrunda mübarizə aparan bir neçə qruplaşma belə var. Lakin bunun nə dərəcədə doğur olduğunu hələlik dəqiqləşdirə bilməmişik.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər 79 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi

25.02.2025  12:34 

Lavrov İrana səfər edəcək

25.02.2025  12:06 

Serdar Ortaç həbs edildi

25.02.2025  11:46 

Məşhur aktyor ata olacaq

25.02.2025  11:35 

“Yalı çapkını“na QAYIDIR

25.02.2025  11:02 

FHN əhaliyə müraciət etdi

25.02.2025  10:30 

İcma bəyanat YAYDI


BÜTÜN XƏBƏRLƏR +