Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR
Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi?
Putin AZAL təyyarəsi ilə bağlı açıqlama verəcəkmi?
Piramida şəbəkəsinin rəhbərinə 8 il həbs verildi
Terror aktı hazırlayan şəxs saxlanıldı
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü
“Qarabağ Universitetinin Klinikası” yaradılır
İtkin düşən 17 yaşlı oğlanın cəsədi tapıldı


07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu





A+  A-

ABŞ Prezidenti Donald Tramp ekstra davranışları və gözlənilməz siyasi addımları ilə dünyanın diqqət mərkəzindədir. Tramp əsil Amerikalı kimi öz ölkəsini çox sevir və Amerikanın daha yaxşı, daha güclü, daha yüksək inkişaf etməsini ürəkdən istəyir. Odur ki, əvvəlki iqtidardan fərqli olaraq, o əsas diqqətini ölkə daxilinə yönəldir.

Əslində çox uğurlu biznes və şou həyatı keçən Tramp siyasətdə ənənəvi təsəvvürlər üçün gözlənilməz addımlar atmaqla durğun hissləri və düşüncələri hərəkətə gətirir.

Məsələn, BMT-ni gərəksiz qurum kimi açıq tənqid edir, Ümumdünya Səhiyyə Təşkilatından çıxır və onlara üzvlk haqqı ödəməyi lazımsız yerə xərclənən vəsait hesab edir. Eyni münasibəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAİD), İqlim Dəyişikliyi üzrə Parsi sazişinə qarşı da göstərir. Yaxud ABŞ-da bəzi mətbu orqanların, nüfuzlu qəzetlərin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə etiraz edir və bunu dayandırmağa çağırır və s.

Trampın “şok-arzularından” biri də Prezident olmamışdan öncə dediyi kimi, miqrant deportasiyası ilə bağlıdır. Və Prezident olan kimi atdığı ilk addımlardan biri məhz bu niyyətin gerçəkləşdirilməsi oldu. İndi təsirli siyasi şərhlər verməyə çalışan “psevdo-politolqlar” üçün populyar miqrant deportasiyası ən çox müzakirə olunan mövzulardandır.

Ancaq Trampın başlatdığı miqrant deportasiyası heç bir halda belə “politoloqların” şərh etdiyi kimi, "etnik təmizləmə" prosesi deyildir. Zatən ABŞ özü bütövlükdə ən müxtəlif etnosların tarixən məskunlaşdığı unikal ərazidir. Eynən bizim Azərbaycan kimi.

Odur ki, qeyri-qanuni, gizli yollarla ölkəyə gəlib məskunlaşan və ucuz işçi qüvvəsi olaraq yer tutan miqrantları ölkədən çıxardanda etnik mənşəyə baxılmır. Deportasiya siyahısında ən müxtəlif etnosların nümayəndələri var: meksikalı, türk, azərbaycanlı, rus, fars, erməni, ukraynalı, çinli və s. Və bu millətlərin milyonlarla nümayəndəsi ABŞ vətəndaşı kimi Amerikada qanuni şəkildə qalıb yaşamını davam etdirməkdədir. Demək, prosesi “etnik təmizləmə” adlandırmaq olmaz.

Trampın siyasi xəttinin əsas mahiyyətini öz ölkəsinin mənafeyi təşkil edir: yerli Amerikalılar üçün daha rahat yaşam şəraiti olan firavan Amerika dövləti yaratmaq!

Baxmayaraq ki, onsuz da ABŞ-da yaşam şəraiti, maaşlar yüksəkdir, sosial yardım proqramları çərçivəsində insanlara normal yaşamaq üçün kifayət edəcək qədər müavinət, pensiya və s. şəklində güclü dəstək verilir. Hətta heç yerdə işləməsə belə, sənədləri qaydasındadırsa (!), dövlətdən aldığı müavinətlə normal dolananlar çoxdur. Ən adi bir işi tapıb zəhmətilə çalışanlar isə artıq yüksək maaşla təmin olunmuşlardan sayılırlar.

Bununla belə, göründüyü kimi, milyarder Tramp yenə də Amerika vətəndaşının həyat şəraitini daha da yüksəltmək arzusundadır.

Dolayısı ilə bu kontekstdən baxanda, uğurlu biznes həyatı keçən Trampın miqrant deportasiyasının məqsədi aydın görünür: qeyri-qanuni "qaçaq" miqrantlara xərclənən vəsaitə qənaət etməklə dövlətin büdcə yükünü azaltmaq, yerli Amerika əhalisinin rifahı naminə əlavə iş yerləri boşaltmaq və kriminal mühiti sağlamlaşdırmaq.

Təbii, dövlət başçısı üçün normal arzudur!

Akif Əli

Xəbər 74 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu

07.02.2025  12:36 

Saxta içki 33 can aldı


BÜTÜN XƏBƏRLƏR +