Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  17:52 

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı





A+  A-

“Azercell” bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haqlarını müəyyənləşdirib.

XəzərNews.az xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin müştərilərə təklif olunan tarif və xidmətlərin daha səmərəli şəkildə tənzimlənməsi məqsədilə 13 yanvar 2026-cı il tarixindən etibarən Simkredit və əlaqəli xidmətlər üzrə yeni ödəniş mexanizmi qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, 1 AZN məbləğində Simkredit üçün 0,30 AZN, 2 AZN Simkredit üçün 0,60 AZN, eləcə də 2 AZN-lik Simtaksit xidməti üçün 0,60 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan başqa, Ekstra kredit və İnternet kredit xidmətləri daxil olmaqla, “Simkredit” və “Simtaksit” çərçivəsində həyata keçirilən hər bir sorğuya görə 0,12 AZN ödəniş tutulacaq.

Qeyd edək ki, bu dəyişikliklər əvvəlki tariflərlə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Belə ki, əvvəl 1 AZN kredit üçün 0,20 AZN, 2 AZN kredit üzrə 0,40 AZN, 3 AZN kredit üçün isə 0,60 AZN servis haqqı tutulurdu. Bu da müqayisədə 50% artım deməkdir.

Şirkət vurğulayıb ki, bu dəyişikliklər göstərilən xidmətlərin davamlı inkişafını təmin etmək və müştəri məmnuniyyətini daha da yüksəltmək məqsədi daşıyır.

Xəbər 1713 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +