Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  10:44 

Vilayəti: “İran Hizbullahı dəstəkləməyə davam edəcək”





A+  A-

Hizbullahın Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiəddin İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, görüşdə bölgədə və dünyada baş verən son siyasi-təhlükəsizlik prosesləri müzakirə olunub.

Səfiəddin Livan, Hizbullah və “müqavimət oxu”ndakı mövcud vəziyyətlə bağlı danışaraq bildirib ki, “Hizbullah hazırda əvvəlkindən daha güclüdür, Livanın ərazi bütövlüyünü və xalqını müdafiə etməyə tam hazırdır və heç bir halda silahını yerə qoymayacaq”.

Əli Əkbər Vilayəti isə Hizbullahın strateji roluna diqqət çəkərək vurğulayıb ki, bu hərəkat müqavimət cəbhəsinin əsas sütunlarından biridir. Onun sözlərinə görə, İran Xameneyinin rəhbərliyi və göstərişi ilə müqavimətin ön cəbhəsində yer alan Hizbullahı qətiyyətlə dəstəkləməyə davam edəcək. (ISNA)

Xəbər 778 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +