Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  10:33 

Estoniya Rusiya ilə sərhəddə bunkerlər quraşdırır





A+  A-

Estoniya Baltik Müdafiə Xətti layihəsinin bir hissəsi olaraq Rusiya ilə sərhədində ilk beton bunkerlərin quraşdırılmasına başlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Defense News teleqram kanalı məlumat yayıb.

Estoniya Müdafiə İnvestisiya Mərkəzinin sözçüsü Krismar Rosinin sözlərinə görə, Estoniya hakimiyyəti ilin sonuna qədər 28 bunker quraşdırmaq istəyir. Ümumilikdə 600 bunkerin quraşdırılması planlaşdırılır, lakin bütün konstruksiyaların yerləşdirilməsinin vaxtı hələ müəyyən edilməyib.

Bunkerlər Setomaa bələdiyyəsində və Estoniyanın cənub-şərqində quraşdırılır.

Hər bir konstruksiyanın sahəsi 35 m²-dir və onlar 152 mm-lik artilleriya mərmilərinin zərbələrinə davam gətirə bilir. Estoniya hakimiyyəti bunkerlərdən əlavə, əvvəlcədən hazırlanmış ərazilərdə tikanlı məftillər və tank əleyhinə kirpilər də saxlayır.

Planlaşdırılan 3,4 km-lik tank əleyhinə xəndəyin 500 metri artıq tamamlanıb.

Xəbər 785 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +