“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


01.12.2023  14:33 

Partiya sədri: “Xalqın indiki vəziyyətində bahalı avtomobillərə ehtiyac yox idi”





A+  A-

“Parlamentdəki komitə sədrlərinin səlahiyyət müddətinin bitməsinə çox qalmayıb”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin 15 komitə sədrinə “Mercedes E 300” markalı yeni xidməti avtomobillərin verilməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, xalqın indiki vəziyyətində parlamentin komitə sədrlərinə bahalı avtomobillər paylanmasına ehtiyac yox idi:

“Xalqın çətin dövrdən keçdiyi bir zamanda komitə sədrlərinə yeni lüks maşınlar paylanmasını doğru addım saymıram. Axı onların hamısının maşını var, yenilərinə ehtiyacları yoxdur.

Ancaq bu məsələnin üstündə çox dayanmaq da lazım deyil. Çünki parlamentdəki komitə sədrlərinin də, qalan deputatların da səlahiyyət müddətinin bitməsinə çox qalmayıb. Bu gün-sabah yeni seçkilər olacaq.

Yeni seçkilərdən sonra onların çoxunun yenə parlamentə düşəcəyi inandırıcı görünmür. Müəyyən yenilənmələr olacaq. Ümid edək ki, yeni gələnlər vicdanlı olar, xalqın vəziyyətini düşünər, əhalinin maddi rifah halına uyğun addımlar atar və ehtiyacları olmayan şeylərdən imtina edərlər”.

Xəbər 5035 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +