Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


22.04.2023  20:53 

Hərbçilərimiz Ermənistanda istehsal olunan minaya düşüb - Rəsmi





A+  A-

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.

Bu barədə XəzərNews.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.

Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.

Xəbər 885 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +