“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


24.02.2017  14:22 

Zeynəb Xanlarova: “Gəlin müharibə edək!”





A+  A-

“Neçə illərdir ki, Milli Məclisdə hamı çıxış edir. Bəs bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşdirik”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib. O bildirib ki, Azərbaycan mütləq müharibə etməlidir:

“Gəlin müharibə edək, erməniləri qıraq. Bizimkilər onsuz qırılır da... Baxaq görək, atəşkəs dövründə nə qədər şəhid vermişik?!”-deyə Zeynəb Xanlarova bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqları ona çatmır:
“Bu danışıqlardan sonra nə dəyişir?! Heç nə. Gəlin birdəfəlik müharibə edək də. Ermənilər bizim torpağı işğal ediblər. Bura bizim evimizdir, onlar evimizə giriblər. Gəlin müharibə edib onları məhv edək. Kim nə deyə bilər ki? Biz öz torpağımız uğrunda vuruşuruq”.

Zeynəb Xanlarova bildirib ki, 25 ildir aparılan sülh danışıqları heç bir nəticə vermir:

“25 ildir ki, məsələ müzakirə olunur, amma atalar demişkən dəyirman öz işindədir. Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər şəhid mənim övladım kimidir. Nə vaxta qədər dözməliyik axı?! Nə qədər Xocalı haqqında danışmalıyıq?!”.


Xəbər 4074 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +