“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


17.01.2025  21:20 

Tender qalibi olan “Unisell“ə bağlı müəmma





A+  A-

"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi kompüter və kompüter avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub.


XəzərNews.az-ın məlumatına görə, tenderin qalibi "Unisell" şirkəti seçilib. Qurum şirkətdən 247 985,26 manatlıq kompüter və kompüter avadanlığı almağı planlaşdırır.

"Unisell" şirkəti 2019-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Ağ Şəhər, ev 1, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Elnur Ağamalı oğludur. Elnur Qasımov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Unisell"ə gəlincə, şirkət İT avadanlıqları, elektronika mallarının satışı ilə məşğuldur. Şirkətin bu tenderdə qalib elan edilməsi maraqlıdır. Çünki "Unisell"in adı etibarsız təchizatçılar siyahısına salınıb. Şirkət 16 yanvar 2025-ci ildən 16 yanvar 2026-cı ilədək dövlət satınalmalarında iştirak edə bilməz. Bu qadağadan sonra şirkətin tenderdə qalib elan edilməsi maraqlıdır.

Onu da qeyd edək ki, etibarsız təchizatçı elan edilən "Unisell" şirkəti ötən il 37 tenderin qalibi seçilib./Qaynarinfo

Xəbər 2173 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +