“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


10.03.2023  17:54 

Hacı Şahinin yerinə təyinat olmayıb - Rəsmi





A+  A-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən XəzərNews.az-a bildirilib ki, sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb.

Qeyd edilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur.

“Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək”.

Xatırladaq ki, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.

Xəbər 4399 dəfə oxunub.



01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +