Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


04.06.2020  08:41 

Azərbaycanda işin başlama vaxtı dəyişə bilər





A+  A-

İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün işçilər 3 ayrı qrup şəklində və saat fərqi ilə iş yerlərinə gedə bilərlər.
XəzərNews.az xəbər verir ki, bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinq zamanı danışıb. O bildirib ki, artıq bununla bağlı təkliflər hazırlanıb:

“Bu gün bizim təkliflərimiz sırasında nəqliyyatla bağlı da müəyyən qaydalar var idi. Belə ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaq - bu məqsədlə böyük ehtimalla təklifimiz qəbul olunsa, qərar veriləcək. İş yerlərinə müraciət olunacaq. İşə gələnlərlə işdən çıxanlar 3 ayrı qrupa ayrılsınlar və ayrı-ayrı saatlarda, məsələn 08:00, 08:30 və 09:00 olmaqla, yaxud bir saat fasilələrlə və müvafiq olaraq axşam o qədər saat gec çıxmaqla getməklə ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmaq mümkündür. Bununla bağlı təklifimiz var və qəbul olunsa, yəqin ki, sabah qaydalar çərçivəsində məlumat veriləcək “.

Xəbər 1754 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +