Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


28.01.2025  15:25 

Bu agentliyin iki tenderi bir gündə ləğv edildi





A+  A-

Dövlət Dəniz və Liman Agentliyinin iki tenderi bir gündə ləğv edilib.

XəzərNews.az xəbər verir ki, həmin tenderlərdən biri mətbəə üçün avadanlıqların və sərfiyyat materiallarının satınalınması ilə bağlı olub.

Agentliyin bu məqsədlər üçün 456.282,22 manat pul ayırdığı, lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən rədd edildiyi qeyd olunub. Səbəb kimi isə qanunun 36.1.1-ci maddəsinin pozulması göstərilib.

Dövlət Dəniz və Liman Agentliyinin ləğv edilmiş ikinci tenderi isə gəmilərə cari təmir xidmətinin satınalınmasıyla bağlıdır. 127.286,17 manat dəyərində olan bu işlərin reallaşdırılmasına da qanununların şərtlərinin pozulması göstərilib.

Xatırladaq ki, hazırda sözügedən dövlət qurumunu Əfqan Cəlilov idarə edir. O, Agentliyin sədri vəzifəsinin səlahiyyətini müvəqqəti icra edən şəxs olmaqla yanaşı, həm də Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin üzvüdür.

Xəbər 1489 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +