Şahin Bağırovun 55 min manatdan çox vergi borcu VAR?
Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına SALINDI
“Paşa“ ləqəbli keçmiş döyüşçünü ALDADIBLAR?
İranda səfirliyimizə hücum edən şəxs edam ediləcək
Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub
Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi: 142 min...
Bakıda alıcı “Karaca Azərbaycan“da girov saxlanılıb?
Parisdə qazandığımız bu medallar geri qaytarılır?
92,4 milyon manat ölkəyə necə qaytarıldı?
Daha üç məhkum həbsdə ölüb


22.01.2025  18:32 

Azərbaycanlını Stavropolda döydülər - VİDEO





A+  A-

İşləmək üçün Rusiyanın Stavropol vilayətinə gedən azərbaycanlı tanımadığı şəxlər tərəfindən döyülüb.

Bu barədə məlumatı XəzərNews.az-a zərərçəkən Şahin Əliyevin özü verib.

“Stavropola Rusiyaya işləmək üçün gəlmişəm. Bir neçə gün öncə tanımadığım şəxlər tərəfindən döyülülərək, huşsuz vəziyyətdə polis şöbəsinə aparıldım. Rus dilini bilmədiyim üçün Stavropolda Azərbaycan diasporuna müraciət olundu. Diaspor sədri Fəxrəddin Yarıyev bölməyə gəldi, mənim oradan çıxarılmağıma nail oldu, səndlərimi qaydasına saldı, bəzi problemlərimi həll etdi”, – deyə Şahin Əliyev bildirib.

Diaspor sədri F.Yarıyev isə bildirib ki, polis tərfindən onun azərbaycanlı olduğunu bilərək ona zəng ediblər:

“Sənədi olmadığı üçün onu müvəqqəti saxlanma məntəqinə göndərəcəkdilər. Lakin bizim ora gedişimizdən sonra polis əməkdaşları güzəşt edərək soydaşımızı buraxdılar. Hər bir sahədə soydaşlarımıza dəstək olmağa çalışırıq. Amma onlar da nəzərə almalıdırlar ki, Rusiya ərazisində yeni miqrasiya qanunvericiliyi qüvvəyə minib, sənədləri qaydaya salmaq mütləqdir”, - deyə F.Yarıyev qeyd edib.

Qeyd edək ki, Şahin Əliyev Sabirabad rayonundandır.



Xəbər 172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu


BÜTÜN XƏBƏRLƏR +