Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü
Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılanlar VAR
Dondurucuda saxlanan oğlan necə ölüb?
Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi


30.01.2025  09:55 

Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO





A+  A-

Türkiyənin Atatürk Universitetində təhsil alıb, ölkəmizə qayıdan məzunların bir çoxunun diplomları tanınmayıb.

XəzərNews.az xəbər verir ki, məzunlar bununla bağlı Ali Məhkəmənin verdiyi qərarı ədalətli hesab etmirlər.

Onların sözlərinə görə, qəbul olunduqları ildə həmin universitetin diplomları ölkəmizdə tanınıb. Onlar illərini, pullarını xərcləyib, təhsil alıb, ölkəyə qayıdanda isə qərar verilib ki, diplomları tanınmasın. Müsahibimiz Zahid Mustafayev də şikayətçi məzunlardandır. Şikayətçilərin sözlərinə görə, üz tutduqları aidiyyəti qurumlardan onlara fərqli cavablar verilib. Buna görə də konkret hansı addımları atmalı olduqlarını bilmirlər. Məsələ ilə bağlı məzunlar petisya hazırlayıb, həmçinin 72 nəfərin imzası ilə Ombudsman Aparatına müraciət ünvanlayıblar. Vəkil Rahib İsmayılov da düşünür ki, Türkiyədə “açıq ögretim” adlandırılan təhsil forması əslində bizim təhsil sistemimizə uyğundur. Təhsil eksperti Elçin Əfəndi də sözügedən universitetin diplomunun ölkəmizdə tanındığını deyir. Vəkil Rahib İsmayılov deyir ki, sözügedən qərarı Ali Məhkəmə son zamanlar qəbul edib. Bu qarışıq vəziyyəti yaradan isə odur ki, qərarın müddəti göstərilməyib. Bu da haqlı olaraq, tələbələrin narazılığına səbəb olur. Ekspertlər məsləhət görürlər ki, xarici ölkədə təhsil almaq üçün vacib şərtlərdən biri akademik məsləhət almaqdır. Əks halda xaricdə təhsil almağa üz tutanlar ölkəmizə döndükdə bu cür hallarla qarşılaşa bilərlər.



Xəbər 3398 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU

01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +