Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Məşhur klinikanın işinə bu tarixdə BAXILACAQ
Kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır


14.02.2025  09:55 

İcra Hakimiyyəti 25 min manata Novruz şənliyi KEÇİRƏCƏK?





A+  A-

İsmayıllı Rayon İcra Hakimiyyəti "İsmayılli-Tikinti-27" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayıb.

Müqavilə Novruz bayramı ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi və Ramazan bayramı ilə əlaqədar olaraq iftar süfrəsinin təşkil olunması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 25 665 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İsmayıllı Tikinti-27" ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.

"İsmayıllı Tikinti-27" ASC və Azad Əliyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Baxmayaraq ki, şirkət dövlət satınalmalarında fəal iştirak edir.

"İsmayıllı Tikinti-27" ASC bir neçə il əvvəl keyfiyyətsiz beton satmaqla gündəmə gəlib. 2018-ci ildə isə şirkətina dı rüşvət qalmaqalında hallanıb.

Başqa bir məqam isə şirkətin fəaliyyət istiqaməti ilə bağlıdır. ASC əsasən yenidənqurma və tikinti işlərini həyata keçirib. Şirkətin qalib gəldiyi tenderlər də adətən bu işlərlə bağlı olur. İndi məlum olur ki, "İsmayıllı Tikinti-27" ASC həm də bayramlar təşkil edirmiş.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdur. O. 2020-ci ildən rayona rəhbərlik edir. /Qaynarinfo.Az



Xəbər 2818 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +