Ceyhun Cəfərov azadlığa buraxıldı
“TikTok“da canlı yayım açan cərraha xəbərdarlıq EDİLDİ
Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Məşhur klinikanın işinə bu tarixdə BAXILACAQ
Kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?


11.02.2025  10:18 

“Qumar kralı“ Şəkili Yusifin əmlakları ilə bağlı İLGİNC İDDİA-FOTOLAR





A+  A-

"Medalyon" və "Nuxa" restoranlarının sahibi Yusif Baqiyevin (Yusif Şəkili) bir sıra əmlakları üzə çıxıb.

XəzərNews.az "Qaynarinfo"ya istinadən məlumat verir ki, onun Qala qəsəbəsi yaxınlığında xeyli sayda əmlakı var. Bunlardan bəzilərinin tikintisi tam başa çatmayıb.

İddia olunur ki, ümumiyyətlə Yusif Baqiyevin Xəzər rayonundakı əmlakları sahəsinə görə hətta "Sea Breeze"dən də böyükdür. Bütün bunların isə qumar oyunlarından əldə edilən pullar hesabına inşa edildiyi bildirilir.

Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada "qumar kralı" kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddianın əsassız olmadığını göstərir. Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma - mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə - xüsusilə külli miqdarda gəlir əldə etməklə) maddələri ilə ittiham elan edilib.








Xəbər 2793 dəfə oxunub.



19.02.2025  11:18 

Yük maşınında intihar etdi


BÜTÜN XƏBƏRLƏR +