“TikTok“da canlı yayım açan cərraha xəbərdarlıq EDİLDİ
Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Məşhur klinikanın işinə bu tarixdə BAXILACAQ
Kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”


09.02.2025  09:57 

Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO





A+  A-

Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir.

XəzərNews.az Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil ekspertlərinin də sözlərinə görə, fərqlənmə diplomunun xüsusi bir üstünlüyə malik olmaması tələbələr arasında rəqabət mühitinin formalaşmasının qarşısını alır.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qırmızı diplomun xüsusi bir əhəmiyyət kəsb etməməsinin bir sıra səbəbləri var. Bunlardan ən önəmlisi isə bəzi universitetlərdə qeyri-şəffaf qiymətləndirmə prosesinin həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, fərqlənmə diplomu məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlılığının, məsuliyyətinin və digər üstün keyfiyyətlərinin təcəssümü kimi qəbul edilməlidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı da nəzərə alına bilər.


https://youtu.be/LzWO-vb0OcA?si=m5LMjWLdIMspM9YX

Xəbər 1999 dəfə oxunub.




19.02.2025  11:18 

Yük maşınında intihar etdi


BÜTÜN XƏBƏRLƏR +