Türkiyə 2024-cü ilin ilk doqquz ayında 49.2 milyon ziyarətçini qəbul edib və 46.9 milyard ABŞ dolları turizm gəliri toplayıb. Türkiyənin ziyarətçi sayında illik artım 9%, gəlirlər isə 7% artıb. Türkiyə bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək.
Xəzərnews.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda keçirilən mətbuat konfransında 2024-cü ilin 3-cü rübündəki turizm nəticələrini açıqlayıb.
Mədəniyyət və Turizm Nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçi sayının illik 9% artaraq 49.2 milyon nəfərə çatdığını bildirib.
Eyni dövrdə Türkiyənin turizm gəlirləri 7% artaraq 46.9 milyard ABŞ dollarına yüksəlib. Turistlərin gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub. “İlk 9 ayda əldə etdiyimiz nəticələr, Türkiyə Cümhuriyyətinin tarixində ən yüksək nəticələrdir, buna görə də, il sonu hədəfimizi 61 milyon turistə qədər artırırıq” – deyə Mehmet Nuri Ersoy qeyd edib.
Türkiyənin ən böyük metropolisi İstanbul, 2024-cü ilin ilk doqquz ayında 14 milyondan çox turist qəbul edib. 7% artım əldə edən İstanbulun ən iri turistik mərkəzləri, Tarixi Yarımada, Taksim, Karaköy bölgələri və şəhərin Avropa və Asiya tərəflərindəki Boğaz xətti, Amerika, Avropa, Afrika, Avstraliya və Asiya qitələrindən olan ziyarətçiləri qonaqlayıb. “Türkiyənin turizm paytaxtı” olaraq tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçini qəbul edərək, şərqi Aralıq dənizindəki liderliyini qoruyub saxlayıb.
Türkiyənin ən böyük bazarları davamlı artım göstərdi.
Türkiyə ən çox Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib. Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək.
2024-cü ilin yanvar-sentyabr ayları arasında 5.5 milyon Rusiyalı turist istirahət üçün Türkiyəni seçib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib və bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Həmçinin Türkiyəyə ən çox üçüncü turist göndərən Böyük Britaniyadır. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə isə Böyük Britaniyadan gələn turistlərin sayında 17% artım olub.
İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib. Türkiyə, Çində də əhəmiyyətli bir artım əldə edərək, 312,000-dən çox ziyarətçini qəbul edib ki, bu da keçən illə müqayisədə 84% artım deməkdir. Türkiyəyə gələn ziyarətçilər, ölkənin zəngin mədəni və tarixi irsini, ləzzətli mətbəxini, şəhər təcrübələrini və gözəl mənzərələrini kəşf ediblər.
Xəbər 3659 dəfə oxunub.