Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat
Tehran və Bakı əməkdaşlığı ermənipərəst eksperti HİDDƏTLƏNDİRDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
Bakıda memarlıq abidəsinə müdaxilə olunub?
Sabah hava necə olacaq?
İşə gedən gənc müəllimi maşın vurub ÖLDÜRDÜ
Flora Kərimova məhkəmədə uduzdu
DYP rəisi vəzifəsindən azad edildi
Eritreyada saxlanılan vətəndaşlarımızdan XƏBƏR VAR


27.10.2021  22:23 

Fərhad Əhmədovun 115 metrlik yaxtası 4 il sonra Dubayı tərk etdi





A+  A-

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus “Luna” super yaxtası uzun müddətdən sonra Dubay limanını tərk edib və Hibraltara istiqamət alıb.

XezerNews virtualaz.org-a istinadən xəbər verir ki, “Gibraltar Yachting” YouTube kanalında yer alan video kadrlara əsasən 115 metr uzunluğundakı nəhəng lüks yaxta Hibraltar limanına yan alıb. ““Luna” 4 il Dubayda qaldıqdan sonra Avropaya qayıdır” başlıqlı videokadrlarda yaxtanın limana yaxınlaşması, yanacaq götürməsi və lövbər salması əks olunur.

Hibraltar Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Hibraltar boğazının üzərində, Pireney yarımadasından cənubda yerləşən, ərazisi 6.5 kvadrat kilometr olan ada-şəhərdir. Böyük Britaniyanın suverenliyi altındadır, amma onun tərkibinə daxil deyil.

Bildirilir ki, yaxta yolüstü Hibraltarda dayandıqdan sonra "doğulduğu" yerə-Almaniyanın Almaniyanın “Lloyd Werft” tərsanəsinə doğru istiqamət alıb.

Qeyd olunur ki, “Luna” yaxtasının dəyəri 400 milyon dollara yaxındır. Yaxta Fərhad Əhmədovla keçmiş arvadı Tatyana Əhmədova arasında boşanma təzminatına dair London məhkəməsinin çıxardığı qərar əsasında bir müddət Dubayda saxlanılıb. T.Əhmədovanın vəkilləri boşanma təzminatının əvəzində iş adamının ailə investisiya fondunun mülkiyyətində olan yaxtanı ələ keçirməyə çalışsa da buna nail ola bilmədilər.

Bir neçə ay əvvəl nəhayət bu mübahisə həll olunub. F.Əhmədov keçmiş arvadına London məhkəməsinin müəyyən etdiyi təzminat məbləğindən dəfələrlə az məbləğ ödəməyə razılaşaraq illərdir davam edən çəkişməyə son qoyub. Və “Luna” yaxtası da biznesmenin ailə mülkiyyəti olaraq qalıb. Yaxta uzun müddət Dubay limanında, qızmar günəş altında qaldığı üçün onun təmirinə də ehtiyac yaranmışdı. İndi yaxta təmirdən çıxıb və yenilənmiş vəziyyətdə Avropaya dönüb.

“SuperYacht Times” portalı xəbər verir ki, “Luna” Dubay limanını oktyabrın 11-də tərk edib və Süveyş kanalı ilə Aralıq dənizinə istiqamət alıb. Dubay məhkəməsi yaxta üzərindən həbs qərarını hələ 2020-ci ilin yanvarında götürmüşdü, amma sayt qeyd edir ki, yaxta nəyə görəsə ancaq indi limanı tərk edib.



Xəbər 2424 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu

23.01.2025  08:52 

“Qarabağ” FCSB-yə qarşı


BÜTÜN XƏBƏRLƏR +