212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat
Tehran və Bakı əməkdaşlığı ermənipərəst eksperti HİDDƏTLƏNDİRDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
Bakıda memarlıq abidəsinə müdaxilə olunub?
Sabah hava necə olacaq?


23.01.2025  12:11 

ADNSU-da nə baş verir? – Rektor əvəzinə ağır İTTİHAM





A+  A-

“Ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətin tələbəsi olduğu bir universitet elmdən və təhsildən xəbəri olmayan dosentlər Vazeh Əskərov, Qasım Məmmədov və Fərid (Frunzik) Ağayev kimi şəxslərin əlində əsirə çevrilib”.

XəzərNews.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimi Elmira Xanmammədova bildirib.

O, vurğulayıb ki, əvvəla, universitetdə şəffaflıq deyilən bir şey yoxdur:

“Şəffaflıq və etibarlılıq elmi aləmdə çox mühüm anlayışlardır, xüsusilə də dünya səviyyəli universitetlərin və elmi qurumların inkişafında… Əgər bir rəhbərin öz hərəkətləri saxtakarlıq üzərində qurulubsa, bu, onun çalışdığı qurumun etibarını zədələyir. Elmi bazalara qarşı etimadsızlıq yaradan belə hərəkətlər, tədqiqatçıların işinə və elmi inkişafın şəffaflığına kölgə salır”.

E.Xanməmmədova iddia edib ki, dosent Vazeh Əskərov özünə saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdib və beləliklə, özü haqqında yüksək peşəkarlığa malik elm insanı imici yaratmağa çalışmışıb.

“Bu hərəkətləri ilə o, bütün təhsil ictimaiyyətini və tələbələri aldadıb. Mənim Elm və Təhsil Nazirliyinə dosent Vazeh Əskərovun saxtakarlığı haqqında ünvanladığım yazılı ərizədən sonra o profilini yeniləyib və yeni məqalələr daxil edib”, – müəllim iddia edib.



E.Xanməmmədova vurğulayır ki, universitetə rəhbərlik edən şəxsin elmi peşəkarlığı və yüksək nümunəvi davranışları olmalıdır:

“Bu rəhbərliyin ilkin atributlarındandır. Amma saxtakarlıqla məşğul olan bir şəxsin ADNSU kimi nüfuzlu universitetin kollektivinə hansı gələcək vəd etməsi isə göz qabağındadır. Məhz dosent Vazeh Əskərovun saxtakarlığından xəbərdar olan dosent Qasım Məmmədov və dosent Fərid Ağayev də perspektivli müəllimlərə qənim kəsilərək onları repressiya maşınları ilə əzməkdədirlər. Stanford kimi nüfuzlu bir universitetin dünya alimləri üçün yaratdığı baza kimi layihələrin də şübhəyə alınması təəssüf doğurur və elmi ictimaiyyət üçün ciddi narahatlıq mənbəyinə çevrilir. Saxtakarlığına dünyanın alimlərini günahlandırmaqla özünə bəraət qazanmağa çalışması isə acizlik əlamətidir. Onun, yəni Vazeh Əskərovun, bütün elmi-pedaqoji fəaliyyətini araşdırmaqla nə qədərdə ibtidai insan olduğu ortaya çıxa bilər. Əgər ehtiyac varsa, mənim göstəricilərimlə dosent Vazeh Əskərovun göstəricilərini müqayisə etməyiniz kifayətdir. ADNSU-nun rektoru vəzifəsinin müvəqqəti icra edən, primitiv texniki biliklərə malik olmayan, elmimetrik bazalarda özünün göstəricilərini saxtalaşdıran, fransiz dili mütəxəssisindən texniki ali məktəbin rəhbərliyinə qədər yüksələn amma universitetdə özbaşınalıqları daha da alovlandıran, savadsızlığı ucbatından Qasım Məmmədov kimi adı korrupsiyada hallanan şəxsin əlində alətə çevrilməsi ilə necə barışır?! Axı özünə sual verir ki, mən bu universitetin uğurlu keçmişinə necə xəyanət edirəm?! Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasının flaqmanı olan ali məktəbi niyə məhv edirəm?! Niyə orada savadlı kadrları uzaqlaşdırır?! Elmdən və təhsildən uzaq birisinin tarixi keçmişə və strateji əhəmiyyət kəsb edən ali təhsil müəssisəsinə rəhbərlik edərək onu uçuruma aparması isə faciənin astanasında olmağımızın işarəsidir”.



Müəllimə qeyd edir ki, universitetdə müşahidə olunan özbaşnalıq hallarını ziyalı cəmiyyətimiz üçün həm utancverici, həm də narahatedici hesab edir.

“Digər saxtakarlıq faktları və mövcud video görüntülər yaxın zamanda mediaya təqdim olunacaq. İnanıram ki, bu məsələlər cəmiyyətimizdə şəffaflıq və ədalətin bərqərar olması üçün ciddi addımların atılmasına səbəb olacaqdır”, – E.Xanməmmədova vurğulayıb.

Xüsusi qeyd: Müəllimin dedikləri ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər 137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +