Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


26.01.2018  08:42 

Daşaltı əməliyyatından 26 il ötür





A+  A-

Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatdan 26 il ötür.
XəzərNews.az xəbər verir ki, 1992-ci il yanvarın 25-i saat 20:00-da başlanan əməliyyat zamanı Azərbaycan ordusunun bir neçə taqımı Daşaltı kəndinə daxil olub. Əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 taqımı və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan bir taqım düşmənin pusqusuna düşərək məhv edilib. Kəndə daxil olan digər taqımlar isə itki verərək geri çəkilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.



Daşaltı əməliyyatında iştirak edən döyüşçülər deyir ki, əməliyyatın məqsədi düşməni məhv etmək, erməni silahlı bölmələrinin işğalının qarşısını almaq olub. Daşaltı döyüşü uğursuzluqla nəticələnsə də, Azərbaycan əsgərləri o döyüşdə qəhrəmanlıq nümayiş etdiriblər. Orada neçə-neçə əsgərimiz ermənilərin təslim olmaq çağırışına rədd cavabı verərək özlərini qumbara ilə partladıblar. Təəssüflər olsun ki, onların çoxunun nəşini belə əldə etmək mümkün olmayıb.

Xəbər 1212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +