Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


21.02.2017  10:18 

Bankdan oğurlanan 3 milyon terrorçuların əlinə keçib? - ŞOK EHTİMAL





A+  A-

Bu günlərdə “Dəmirbank”dan 3 milyon dollar oğurlanması barədə xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesabları araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, bu haqda yazan “Yeni Müsavat” qəzeti pulların Azərbaycanda qarışıqlıq yaratmaq istəyən terror təşkilatlarının, İŞİD və digərlərinin əlinə keçə biləcəyini ehtimal edir. “Sirr deyil ki, din pərdəsi altında fəaliyyət göstərən terrorçu təşkilatlar digər sektorlara öz adamlarını yerləşdirdiyi kimi, bank sektorunda da onlarla əlaqələri olan şəxslərin mövcudluğu istisna edilmir. Və ya bank sektorunda çalışanları din adı altında təsir altına salıb, öz sıralarına cəlb edə, onların vasitəsilə öz çirkin əməllərini həyata keçirə bilirlər.

“Dəmirbank”dan yoxa çıxan 3 milyon məsələsi diqqəti bu məsələyə çəkməyə bilmir. Azərbaycanın tanınan banklarından biri olan bu bankda pulların yoxa çıxmasının arxasında yuxarıda bəhs etdiyimiz məsələ dayana bilərmi?”.

“Biz iddia etmirik ki, pulları bankdan terror təşkilatları oğurlayıb, bankda terrorçuluğa dəstək verənlər var” yazan qəzet sadəcə bunun mümkün ola biləcəyini qeyd edir.

Qəzetə danışan və adının gizli qalmasını istəyən ekspertlərdən biri mövzunu belə şərh edib: “Yoxa çıxan 3 milyonla bağlı bankın ictimaiyyətə tutarlı açıqlama verməməsi şübhələri bir qədər artırır. Bank hadisəni olmamış kimi təqdim edir. Amma mətbuatda bunca ciddi xəbərin əsası olmadan yayılması da inandırıcı görünmür. İnsanlarda bu əməlin arxasında hakerlərdən çox terror təşkilatlarının dayandığı fikri formalaşır. Yaxşı olardı ki, ayrı-ayrı qurumlar bu məsələ ilə bağlı müfəssəl açıqlama versinlər”.

Xəbər 2020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +