“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


11.06.2024  16:29 

Öz yağımızda qovruluruq – Diaspor sədri, video





A+  A-

Xəzərnews.az xəbər verir ki, “Diasporla müsahibə”nin növbəti qonağı “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva olub.

R.Nəbiyeva verilişdə rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən bəhs edib. O, qeyd edib ki, “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Almaniyada Azərbaycanın tanıdılması istiqamətində tədbir və layihələr təşkil edirlər.

“Cəmiyyətimiz 2016-cı ildə qurulub. Bu illər ərzində Azərbaycanın əlamətdar günlərini, bayramlarını, matəm günlərini soydaşlarımızla birlikdə alman cəmiyyətinə çatdırmağa çalışmışıq. 44 günlük Vətən savaşında da Almaniyada azərbaycanlılar bir araya toplanıb, yürüş təşkil ediblər. Dəfələrlə Azərbaycana dəstək məqsədilə aksiyalar keçirmişik. Yalnız yaşadığım Hannover şəhərində deyil, eləcə də Berlində və digər şəhərlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi terrora qarşı nümayiş keçirmişik. Qətl edilən körpə uşaqlarımızın, terror zamanı həlak olan həmvətənlərimizin fotoşəkillərini almanlara göstərmişik”, - deyə R.Nəbiyeva vurğulayıb.

R.Nəbiyeva bildirib ki, sədri olduğu təşkilat Azərbaycandan heç bir dəstək almır:

“Bir-iki dəfə müraciət etdim, ancaq üçüncüdə dayandım. Müraciətləri əvvəlcə e-poçtla göndərdim, daha sonra telefonla zəng etdim, fəaliyyətimiz barədə danışdım, lakin Diasporla İş üzrə Dövlət Komitəsindən xəbər çıxmadı. Sədr Fuad Muradov özü də gəlmişdi. Onunla görüşdük, tədbir keçirdik, Azərbaycan evinin açılması barədə danışdıq, ancaq elə sözümüz orada qaldı. Hələ ki, əsas istəyimiz Azərbaycan evinin açılmasıdır. Hazırda özümüz-özümüzü maliyyələşdiririk. Necə deyərlər, “öz yağımızda qovruluruq”. Bu işdə bizə Qocalar Evinin rəhbəri Sevda Yunusova böyük dəstək verir. Onun dəstəyi olmasaydı fəaliyyətimiz çoxdan dayanmışdı”.

R.Nəbiyeva qeyd edib ki, Almaniyada Türk qardaşlarımız və Cənubi azərbaycanlılarla da birgə layihələr keçirirlər:

“Ermənilərdə nə qədər birlik olsa da bu şəhərdə bizim qədər güclü deyillər. Bu səbəbdən tək azərbaycanlılar yox, eləcə də gəlmələr və almanlarla da münasibətlərimizi yüksək səviyyədə tənzimləyə bilirik. Yəni yerli cəmiyyətə inteqrasiyamız var. Hətta gənclərimiz almanlarla ailə həyatı da qurur, türklər və digər xalqlarla qohumluq əlaqələrimiz yaranır”.

R.Nəbiyeva Almaniyadan deportasiya olunan azərbaycanlılardan da danışıb:

“Almanlar soyuq millətdir, bizim qədər isti və mehriban deyillər. Soydaşlarımız gəldikləri yerdə qaynayıb qarışa bilirlər. Amma bəziləri yanlış informasiya əsasında bura gəlir. Deportasiya vaxtı gələndə bir-birimizə xəbər edirik. 28 ildir burada yaşayıram və bu illər ərzində xeyli sayda azərbaycanlı deportasiya olunub”.



Xəbər 562 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +