Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


26.10.2025  20:05 

Nazir Emin Əmirullayevə bir neçə sual





A+  A-

Hörmətli Emin müəllim, Sizə bir neçə sualım var. Bunu zəruri edən məzunu olduğum Boradigah (Masallı) Nizami Gəncəvi adına 1 saylı orta məktəbin acınacaqlı durumu ilə bağlı bir qrup müəllim və valideynin cənab prezidentə və Sizə ünvanladığı müraciət, daha doğrusu, tabeçiliyinizdə olanların bu müraciətə verdikləri rəsmi cavabdır. Sözün açığı, prezidentə və nazirə ünvanlanan müraciətə belə səthi cavab məni xeyli təəccübləndirdi.

Səbəbini suallarımda yazacam.

Öncə Sizi müraciətin yığcam mətni ilə tanış edim. Müraciət iki hissədən ibarətdir. Müəlliflər öncə məktəbin qəzalı, acınacaqlı durumuna diqqət çəkərək, yazırlar ki, bu təhsil ocağı qəzalı, istliksiz və xəstəlik mənbəyidir. Artıq bir hissəsi uçurulan məktəbdə vəhşi heyvanlar yuva qurub. İkinci hissədəki narazılıq direktor təyinatı ilə bağlıdır. Müəlliflər kollektivdə imtahan nəticələri yüksək olan bir neçə müəllimin və təcrübəli direktor müavinləri olduğu halda məktəbin rəhbərliyinin qonşu kəndin məktəbinin direktoruna həvalə edilməsinə etiraz edirlər. Müraciət kifayət qədər haqlıdır. Çünki şərəfli, fəxr ediləsi tarixi olan məktəb belə qeyri- ciddi münasibəti haqq etmir.

Hörmətli Emin müəllim, 100 ildən artıq yaşı olan Boradigah məktəbi təkcə bir qəsəbənin yox, bütün bölgənin təhsil həyatında böyük rol oynayıb. Hələ 1932-ci ildə keçirilən müsabiqədə ölkədə nümunə sayılan məktəblər sırasında olub. 1936-cı ildə Mirzə Ələkbər Sabirin ölümünün 25 illiyini yüksək səviyyədə keçirdiyinə görə rəsmi qaydada ölkə məktəblərinə nümunə göstərilib. 1938-ci ildə 830 şagirdi olan bu məktəb dövrünə görə ən müasir tələblərə cavab verən 3 orta məktəbdən biri olub. 1944-cü ildə Boradigah məktəbi yanında 100 kimsəsiz uşağa təhsil verən internat məktəbi yaradılıb. Hələ 1958-ci ildə bu pedaqoji kollektivdə “Əməkdar müəllim” (Qayda Məmmədova) , SSRi Ali Sovetinin fəxri fərmanına layiq görülən ( Xanəli Zülfüqarov, Saleh Zeynalov), “Qabaqcıl maarif xadimi” (Əliniyaz Məmmədov) pedaqoqlar çalışıb. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyini yüksək səviyyədə keçirdiyinə görə həmin ildən bu məktəb böyük şairin adını daşımaqla şərəfləndirilib. 1959-cu ildə şəraiti və kadr potensialına görə bu məktəbə istehsalat təhsili verən politexnik məktəb statusu verilib.

Ölkədə təhsilin və elmin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Fizika -riyaziyyat elmlər doktoru Bahadur Tağıyev, əməkdar elm xadimi, əməkdar həkim Əli Bağırov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Nəsir, orta məktəblərdə tədris edilən ingilis dili dərsliyinin müəllifi Sahib Məcidov və dövlət qarşısında böyük xidmətlərdən dolayı xeyli elmi, fəxri adlar daşıyan insanlar Boradigah məktəbinin məzunlarıdır.

Hörmətli nazir, bunları ona görə xatırlatdım ki, tabeliyinizdə olan Lənkəran-Astara regionlal təhsil idarəsinin cənab prezidentə və sizə ünvanlanan müraciətə qeyri- ciddi münasibət göstərməsinə Siz də əmin olasınız.

İndi keçək, müraciətə verilən cavablara və Sizə ünvanladığım sualllara. Tabeçiliyinizdəki işçilər müraciətə cavablarında məktəbin qəzalı olduğunu təsdiqləyir və növbəlilik əsasında nə vaxtsa təmir olunacağını qeyd edərək, gözləməyi məsləhət bilirlər. Ancaq bu qəzalı vəziyyət, göbələk xəstəliyi mənbəyi olan kifli divarlar, məktəbdə yuva salan heyvanlar nə vaxta qədər zərərsiz olacaq, ciddi problemlər yaratmayacaq, bunu heç kim bilmir. 1974-cü ildə ən müasir istilik sistemi ilə təchiz olunan məktəb 50 il sonra odunla, hər an yanğın təhlükəsi olan qızdırıcılarla isidilir. Bundan xəbəriniz varmı?

İşçilərinizin direktor təyinatına verdikləri cavab da çox gülüncdür. Çünki bu cavab təhsil sahəsində mövcud qaydaları və regionlarda təhsilin və pedaqoji kadrların səviyyəsi ilə bağlı vermiş olduğunuz raportları çox böyük sual altına alır.

Təhsil idarəsi yazır: “ Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru 27 avqust 2025-ci il tarixindən etibarən başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən öz istəyi ilə azad olunub. Sözügedən məktəbin idarə olunmasında fasiləsizliyin təmin olunması məqsədilə direktor vəzifəsinin icrası müvəqqəti olaraq Hişkədərə kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq və uzun illər idarəçilik təcrübəsi olan İlham Ağayevə həvalə edilib. Qeyd olunan dəyişiklik təhsil prosesinin daha səmərəli təşkili və məktəbdə idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.

Hörmətli Emin müəllim, işçiləriniz qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Mənim İlham Ağayevin pedaqoji biliyinə, bacarığına şübhəm yoxdur. Bunu dartışmaq niyyətindən də uzağam. Qiyabi də olsa, onu təcrübəli müəllim kimi tanıyıram. Fəqət, son illər tətbiq olunan qaydalar işçilərinizin mövcud qanunların sərhəddini xeyli pozduğunu göstərir.

Sualım belədir, cənab nazir: Necə olur ki, bir başqasının yaşı 65-i ötdüyündə, təqaüdə göndərilməsi vacib olur, digəri eyni zamanda bir- birindən kilometrlərlə aralıdakı iki məktəbə rəhbərlik edir?

Burada “səmərəlilik, təkmilləşdirmə” meyarı nədir? Nə ilə ölçülür? Ortada bir narazılıq və budan doğan şikayət var. Ancaq Sizin regionun təhsilini etibar etdiyiniz məmurlar onları çağırıb dinləmək, araşdırmaq yerinə kollektivin qürurunu aşağılayacaq səviyyədə başdansovdu bir cavab yazmaqla kifayətlənirlər? Əgər bir kollektivdə direktoru müvəqqəti əvəz edəcək biri yoxdursa, yaxud, işçiləriniz onu tanımırsa, demək, səmərəli işləməyən, yerində olmayan onlardır, məktəb kollektivi yox. Səhv edirəmsə, bu məktəbdən hər il ali məktəblərə yüksək balla qəbul olunanları kimlər hazırlayır?

Hörmətli Emin müəllim, Sizdən bu müracətə yenidən baxmağı və göndərildiyi ünvanlara layiq səviyyədə müdaxilə etmənizi xahiş edirəm.

Sücəddin Şərifov

Xəbər 428 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +