TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


20.06.2017  11:14 

Peres Ronaldoya qiymət qoydu





A+  A-

Madridin “Real” klubunun prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, klub prezidenti yayılan xəbərlərin həqiqət olmadığını dilə gətirib:

"Ronaldo bu məsələyə görə bizə müraciət etməyib. Bu məlumatları qəzetlər yazırlar, insanlar mənə "A Bola" qəzetində yer alan xəbəri göndərirlər. Əlbəttə, bu xəbərlər bizi narahat edir. Ronaldo ilə Konfederasiyalar Kubokundan sonra mütləq görüşəcəm və bu məsələyə nöqtə qoyacam".

Peres portuqaliyalı futbolçunun transfer qiymətini də açıqlayıb: "Kriştianonun bizimlə müqaviləsi var və o, bizim futbolçudur. İndiki halda onun transfer qiyməti 1 milyard avrodur".

Prezident Alvaro Morata və Xames Rodriqesə görə heç bir klubdan təklif almadıqlarını deyib:

"Mançester Yunayted" daxil olmaqla, heç bir klubdan təklif almamışıq. Əsas hədəfimiz heyətimizi qorumaqdır".

Xəbər 3032 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +