TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


23.10.2025  17:40 

“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama





A+  A-

“BakuBus” MMC ötən gün sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı məlumat yayıb həmçinin hadisə zamanı yaranan narahatlığa görə üzr istəyib.

XəzərNews.az xəbər verir ki, Bu barədə “Qafqazinfo”ya MMC-nin Mətbuat xidmətindən məlumat verilib.

“22 oktyabr tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli marşrut üzrə hərəkətdə olan 99-JU-240 dövlət qeydiyyat nişanlı avtobusda bir qrup sərnişinin arxa qapıdan minməyə çalışması səbəbindən sürücü ilə sərnişinlər arasında insident baş verib. Sürücü isə bunun müəyyən edilmiş qaydalara uyğun olmadığını izah edərək, təlimata uyğun hərəkət edib. Bu qayda Nazirlər Kabinetinin təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.29.3-cü bəndinə əsaslanır. Həmin norma üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsinin orta və arxa, minməsinin isə ön qapıdan həyata keçirilməsini nəzərdə tutur. Bu tələbin məqsədi ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkili ilə bağlıdır və qayda yalnız “BakuBus” MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur”, - açıqlamada qeyd olunub.

Qurumdan həmçinin bildirilib ki, hadisədən sonra avtobus hərəkətini davam etdirib, lakin “Gənclik” metrostansiyası yaxınlığında texniki nasazlıq səbəbindən dayanıb: “Sürücü yaranan nasazlıq barədə dərhal “BakuBus” MMC-nin Monitorinq Mərkəzinə məlumat verib və sərnişinlərin səfərini təmin etmək məqsədilə onları düşürərək eyni istiqamətdə hərəkət edən digər 3 nömrəli avtobusa yönləndirib. Nasaz avtobus daha sonra “Dərnəgül” NMM-ə gətirilib və burada Texniki Servis Xidməti tərəfindən texniki nasazlıq aradan qaldırılıb. Hadisənin baş verməsindən sonra “BakuBus” MMC məsələni diqqətə alaraq sürücü ilə profilaktik söhbət aparıb və ona bu kimi hallarda daha təmkinli davranması ilə bağlı müvafiq təlimatlar verilib. “BakuBus” MMC olaraq sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı müəyyən edilmiş qaydalara riayət etmələrini və xidmətin nizamlı təşkili üçün bir-birinə anlayışla yanaşmalarını xahiş edirik”.

Qeyd edək ki, sosial platformalarda 3 nömrəli avtobusda çəkilən görüntülər yayılıb. İddia olunur ki, avtobus sürücüsü arxa qapıdan avtobusa minən sərnişini yolda düşürüb, sərnişinlərlə kobud rəftar edib.



Xəbər 3661 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +