Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO
Sürücülər gün ərzində ən çox hansı qaydaları pozur?
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi


05.03.2018  11:05 

“Azərbaycanda dollara tələb yüksəlib”





A+  A-

Fevral ayında dollara tələbin yüksəlməsi qeydə alınıb. Bu ilin ilk ayında hərraclarda 299.1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib. Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib.
XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O xatırladıb ki, 2017-ci ilin yanvar ayında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satıb:

“Dollara tələbin artması idxalın və eləcə də büdcə xərcləmələrinin artması ilə bağlıdır. Monitorinqlər göstərir ki, yığımlarda da artım qeydə alınır. Mərkəzi Bankın statistikası göstərir ki, bu ilin yanvar ayında dollar satışı əvvəlki ilin uyğun ayı ilə müqayisədə də çox olub. Dövlət Gömrük Komitəsinin isə məlumatına görə, bu ilin yanvar ayında idxalımız 688 milyon 625 min dollar olub. 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında idxal 51% artıb. Belə ki, ötən ilin yanvar ayında idxalımız 450 milyon 36 min dollar idi. Göründüyü kimi, idxalın həcminin artması dollara tələbi artıran əsas faktordur. Digər tərəfdən, hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir. Bu isə o deməkdir ki, idxal birbaşa dollara olan tələbi müəyyənləşdirir. İstehlak ilə yanaşı, büdcə xərcləmələrinin artması da dollara olan tələbi artıran əsas səbəblərdən hesab edilir. Dollara tələbin mart ayında da yüksək olacağı gözlənilir. Bu həm mart ayında qeyri-iş günlərinin sayının çox olması səbəbindən xarici səfərlərə marağın yüksəlməsi, həm də bayramlar ilə bağlı olaraq idxalın artması ilə əlaqədardır. Dollara tələbin yüksəlməsinə baxmayaraq milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Güman olunur ki, növbəti aylarda da məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Xəbər 1716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +