Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO
Sürücülər gün ərzində ən çox hansı qaydaları pozur?
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi


16.02.2018  09:25 

“Hər doğulan körpənin 3490 manat borcu var”





A+  A-

“Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir”.
XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazıb. Maliyyə Nazirliyinin xarici borcların həcmi ilə bağlı açıqladığı son rəqəmləri şərh edən Q. İbadoğlu deyir ki, əgər həmin məlumata inansaq, 01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz təşkil edib.

“Dünyanın mötəbər statistik mənbələrindən sayılan CİA (Central Intelligence Agency)-nın məlumatına görə, 2017-ci ildə Azərbaycanın dövlət borcunun ÜDM-də payı 22,8 deyil, 48,8 faiz olub. 2017-ci il üçün hesablanmış ÜDM-in 70,135.1 milyon manat təşkil etdiyini nəzərə alanda, dövlət borcunun Maliyyə Nazirliyinin açıqladığı kimi 15,9 milyard manat deyil, 34,2 milyard manat və yaxud hazırkı məzənnə ilə 20,1 milyard dollar olduğu məlum olur. Belə olan halda Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir.

Orta statistik ailənin (4,5 nəfərlik ev təsərrüfatının) borcu isə 9243 dollar və ya 15705 dollar təşkil edir. Burda diqqəti çəkən əsas məqamlardan biri də odur ki, dövlət borcunun ÜDM-də payı kritik hesab edilən 40 faizi ötməsi və son illər onun artım tempinin sürətlənməsidir. Məlumat üçün qeyd edim ki, dövlətin borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər daxil edilir. Yəni bu halda neft şirkətinin dövlət zəmanəti olmadan aldığı borclar hesablanmış məbləğə daxil deyildir”.

Xəbər 1898 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +