Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var


12.06.2020  16:23 

7 ekspress marşrutunun işi dayandırılır





A+  A-

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılır.
BNA-dan XəzərNews.az-a verilən məlumata görə, metrostansiyaların fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspress marşrutlara olan sərnişin təlabatı kəskin şəkildə azalıb. Aparılan statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayının artıb rentabelliyi azalıb bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır.

Belə ki, ekspress xətlər üzrə 9 may tarixindən öncə orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə metro stansiyaların fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94 %-ə dək enib və hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilməkdədir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

Ekspress xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Xəbər 1665 dəfə oxunub.




02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +