Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


28.03.2022  10:28 

Təkər dəyişən sürücüyə də cərimə yazılır - VİDEO





A+  A-

Bakıda avtomobilinin təkərini dəyişən sürücüyə dayanma-durma qaydasını pozduğu üçün cərimə yazılıb.

Sosial şəbəkə hesabında ona tərtib edilən protokolun fotosunu paylaşan sürücü iddia edir ki, avtomobilinin qabaq təkərində nasazlıq yarandığından nəqliyyat vasitəsini Xətai rayonu, Xocalı prospektində yolun sağ tərəfində saxlayıb.

Sürücü qəza dayanma işıq siqnalını qoşaraq təkəri dəyişib. Lakin bu zaman Bakı Nəqliyyat Agentliyini tərəfindən ona 20 manat məbləğində elektron cərimə tərtib edilib.

Fotoya baxan yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, həmin protokola xitam verilməlidir.

Ekspert bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda sürücü qəza işıq siqnalını yandırmalı və ya müvafiq nişanı quraşdırmalıdır. Bunlardan birinin tətbiq edilməsi cərimənin yazılmaması üçün kifayət edir.

Bakı Nəqliyyat Agentliyindən ``Xəzər Xəbər``ə bildirilib ki, məsələ sabah araşdırılacaq. Əgər sürücünün bütün tələblərə əməl etdiyi müəyyən edilsə ona tərtib edilən protokola xitam veriləcək.



Xəbər 3510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +