Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


18.04.2017  09:23 

Azərbaycanda daha bir İLK





A+  A-

Azərbaycanda ilk dəfə olaraq, zəlilələrin süni şəraitdə çoxaldılmasına nail olunub.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, artıq zəlilərin süni şəraitdə çoxaldılmasına nail olunduğundan onun təbiətdən ovlanmasına ehtiyac olmayacaq: “Hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil. Çünki bu, artıq unudulmuş təcrübədir. İnstitutun laboratoriyasında aparılan bu tədqiqat süni zəli baramasının yaradılması ilə nəticələnib. Zəli ətraf mühitə qarşı çox tələbkardır. Ona mütləq qaranlıq, sakitlik, optimal su və temperatur lazımdır. Biz bunu əldə edə bildik. Hazırda tədqiqatlar davam edir”.
E.Yusifov Zoologiya İnstitutunun Mingəçevirdəki Təcrübə Dayaq Məntəqəsində də açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlər aparıldığını söyləyib. Onun sözlərinə görə, zəlilərin çoxaldılması təcrübəsi inkişaf etsə, ölkəmiz üçün də gəlir mənbəyi olar: “Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar. Zəliləri süni surətdə çoxaldaraq, istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil”.

Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar.

Xəbər 4072 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +