“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


17.01.2025  11:22 

Ərzaq məhsulları ucuzlaşır... - Deputat nəyin anonsunu verdi?





A+  A-

Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydları”nı təsdiq edib. Yeni sənədlə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydası və hüquqi əsasları müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır.

“Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir”.

Deputatın sözlərinə görə, yeni qaydların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək.

“Bura təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri mallardan gedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək”.

Xəbər 331 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +