“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


16.01.2025  16:49 

Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO





A+  A-

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib
>XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.
Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilməzsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədən şəkilləndirmə əməliyyatı bugünkü gündə diqqət çəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

“Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.



Xəbər 1615 dəfə oxunub.



17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +